İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Bayden ABŞ Konqresindən müdafiəyə 813 milyard dollar ayrılmasını xahiş edir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Konqresə 2023-cü ilin büdcəsini təklif edib.

AZƏRTAC xəbər verir ki, Prezident Co Baydenin milli müdafiəyə dinc vaxtda 813 milyard dollar həcmində rekord vəsait ayrılması tələbinə hərbçilərin əməkhaqlarının 4,6 faiz artırılması, eləcə də hərbi sənaye və müdafiə sahəsində tədqiqatlara və istehsala tarixdə ən iri büdcə daxildir.

Baydenin müraciətində Pentaqon üçün 773 milyard dollar nəzərdə tutulur. Əlavə 40 milyard dollar Federal Təhqiqatlar Bürosunun, Energetika Nazirliyinin və digər agentliklərin müdafiə ilə bağlı proqramlarına ayrılıb. Nəticədə milli təhlükəsizlik büdcəsi ötən ildəki 778 milyard dollarla müqayisədə artaraq 813 milyard dollar təşkil edib. Büdcədə Ukraynaya təqribən 1 milyard dollar ayrılması da nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR