İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN: İran daha bərk silkələcək

“Etiraz aksiyaları İrandakı dini rejimi heç vaxt olmamış qədər silkələdi, onun ən dərin qatlarına işlədi, nəticədə mühafizəkarlar arasında da itaətsizlik baş qaldırdı, hətta aksiyaları yatırmağa cəhd göstərənlərə zorakı müqavimət göstərənləri də oldu”.

Musavat.com-un məlumatına görə, ABŞ-ın CNN kanalının 2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsindən doğan kütləvi etiraz aksiyaları ilə bağlı şərhində belə deyilir.

Yazıda bildirilir ki, etiraz hərəkatı üzvlərinin əksəri gənc, həm də cəsur idi: “Rejimin qurduğu qorxu səddinin tamam aradan qalxdığı təəssüratı yaranırdı. Ancaq hər halda rejimin əl atdığı sərt repressiyalar nəticə verdi və etirazları indiki minimum səviyyəyə endirə bildi. Aksiyaların 4 iştirakçısı edam olunub, neçə-neçə digər aksiyaçı da eyni aqibətlə üzləşmək qorxusu altında qalıb”.

CNN-in şərhində edamlar repressiyaların kulminasiya nöqtəsi kimi qiymətləndirilir və bildirilir ki, şübhəsiz, aksiyaçıların gülləbaran edilməsi, kütləvi həbslər, fiziki işgəncələr və seksual zorakılıqlar da bu sıraya aiddir.

 

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR