İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinlə ticarət danışıqlarında böyük irəliləyiş əldə olunub - Tramp

Vaşinqton və Pekinin İsveçrədəki ticarət danışıqları konstruktiv şəkildə keçdi və böyük irəliləyiş əldə edildi.

Musavat.com xarici agentliklərə xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb: "İsveçrədə Çinlə çox yaxşı görüş oldu. Biz çox şey müzakirə etdik, çox şey haqqında razılığa gəldik. Gərginliyin aradan qaldırılması mehriban, lakin konstruktiv şəkildə müzakirə olundu. Biz Çinin həm Çin, həm də ABŞ-ın xeyrinə Amerika biznesinə açıq olduğunu görmək istəyirik. Böyük irəliləyiş əldə olunub".

Qeyd edək ki, mayın 10-da Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifeng və ABŞ-ın maliyyə naziri Skott Bessent Cenevrədə qarşılıqlı gömrük rüsumlarının tətbiqi fonunda yaranmış gərginliyin aradan qaldırılması üçün iki raund danışıqlar aparıblar. Danışıqlar bu gün də davam etdiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

11 May 2025

BÜTÜN XƏBƏRLƏR