İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin müdafiə naziri: NATO kimi ittifaqlar münaqişələrə səbəb ola bilər

“Asiya-Sakit okeanı regionunda NATO kimi ittifaqlar münaqişələrə səbəb ola bilər”.

“Report” xəbər verir ki, bunu Çinin müdafiə naziri Li Şanfu bəyan edib.

“Asiya-Sakit okean regionunda NATO tipli ittifaqlar yaratmaq cəhdləri region ölkələrini qaçırmaq, münaqişə və qarşıdurmanı şişirtmək üsuludur. Müasir Asiya-Sakit okean regionunun kiçik qruplara deyil, açıq və inklüziv əməkdaşlığa ehtiyacı var.

Çin və ABŞ arasında şiddətli münaqişə və ya qarşıdurma yaranarsa, bunun bütün dünyaya dözülməz ağrılar gətirəcəyini inkar etmək olmaz”-deyə, o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR