İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində Rusiya ilə sərhəddə 53 dərəcə şaxta qeydə alınıb

Çinli meteoroloqlar Rusiya ilə sərhəddə yerləşən Mohe şəhərində (Heyluntszyan əyalətinin şimal-şərqində) anomal aşağı temperatur qeydə alıblar. Çərşənbə axşamı "Luvan" informasiya portalının verdiyi məlumata görə, termometr 1969-cu ilin milli rekordunu qıraraq 53 dərəcə şaxtaya enib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, əvvəlki rekord 52,3 dərəcə şaxta idi. Mohedə üç gündür temperatur mənfi 50 dərəcə civarındadır.

Əyalətdəki daha 12 meteoroloji stansiyada temperatur rekord həddə yaxınlaşıb. Mohe şəhəri Amur çayının sahilində yerləşir və Rusiyanın Transbaykal bölgəsi və Amur vilayəti kimi bölgələri ilə həmsərhəddir. Mohe rayonunun əhalisi təxminən 65 min nəfərdir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR