Onlayn ictimai-siyasi qəzet
Çinin iki günəş paneli istehsalçısı və Səudiyyə investorları Səudiyyə Ərəbistanında panel istehsalı müəssisələrinin tikintisinə birlikdə təxminən 3 milyard dollar sərmayə qoyacaqlar.
Musavat.com xəbər verir ki, bu barədə MarketWatch məlumat yayıb.
Çinin TCL Zhonghuan Renewable Energy Technology şirkəti İctimai İnvestisiya Fondu (PIF) suveren fondunun bölməsi və Səudiyyə Ərəbistanının bərpa olunan enerji şirkəti olan Vision Industries ilə birgə müəssisə yaradacaq. Onların ümumi investisiyaları təxminən 2,08 milyard dollar təşkil edəcək.
TCL BM-də 40 faiz, PIF daha 40 faiz, Vision Industries isə 20 faiz paya sahib olacaq.
Çindən olan başqa bir şirkət, Jinko Solar, eyni səhm bölgüsü ilə eyni Səudiyyə şirkətləri ilə öz birgə müəssisəsini qurmağı və ümumilikdə 983,8 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ