İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Tayvanın ən böyük iPhone istehsalçısına qarşı təhqiqata başlayıb

Çin hakimiyyəti dünyanın ən böyük iPhone istehsalçısı olan Tayvanın Foxconn şirkəti ilə bağlı araşdırmaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə Çinin dövlətə məxsus “Global Times” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, “Foxconn” şirkətinin Quanun və Szyansu əyalətlərindəki obyektləri Çinin vergi orqanları, Henan və Hubei əyalətlərində isə təbii sərvətlər rəsmiləri tərəfindən yoxlanılır. Yoxlamanın səbəbləri məlum deyil.

“Foxconn”un mətbuat xidməti şirkətin Çin hakimiyyəti ilə əməkdaşlıq edəcəyini bildirib: “Qanunlara və qaydalara riayət etmək bütün dünyada qrupun əsas prinsipidir. Biz aidiyyəti qurumlarla fəal əməkdaşlıq edəcəyik”.

Avqust ayında milyarder, “Foxconn”un qurucusu Terri Qou Tayvan prezidentliyinə namizəd olacağını açıqlamışdı. “Forbes” Terri Qounun sərvətini 7,4 milyard dollar dəyərində qiymətləndirib.

Terri Qou Tayvan xalqına göndərdiyi məlumatda Tayvan boğazına 50 illik sülh gətirməyi və Tayvan ilə Çin arasında qarşılıqlı etimadın ən dərin təməlini qoymağı planlaşdırdığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR