Onlayn ictimai-siyasi qəzet
Türkiyədə inşa olunan ilk nüvə elektrik stansiyası – “Akkuyu” AES-in birinci enerji bloku artıq işə salınmağa hazırlaşır.
Musavat.com-un hazırladığı xəbərdə bildirilir ki, “Akkuyu Nuklear”ın rəhbəri Anton Dedusenko RİA Novosti-yə bildirib ki, bu, işə buraxılma prosesinin son mərhələsidir.
Mütəxəssislər mart ayında tikinti-montaj işlərini başa çatdırıblar. İlin sonunadək birinci blokun işə salınacağı gözlənilir. Xatırladaq ki, iyunun sonunda bu barədə Türkiyənin Baş nazir müavini Aleksandr Novak açıqlama vermişdi.
Amma layihənin maraqlı bir detalı da var: Almaniyanın Siemens şirkəti “Akkuyu” üçün nəzərdə tutulan avadanlıqları göndərməkdən imtina etdiyinə görə, tikinti 1,5 il gecikib. Bunu yanvarda Energetika naziri Alp Arslan Bayraktar açıqlamışdı. İndi isə Türkiyə gözünü Çinə dikib – Çindən sifariş verilən avadanlığın bu il hazır olacağı gözlənilir.
Beləliklə, Türkiyə regionda enerji oyun qaydalarını dəyişəcək yeni mərhələyə qədəm qoyur.
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ