İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin-Rusiya ticarətində dönüş: Pekin idxalı azaldıb, ixracı artırır

Bu ilin yanvar-aprel aylarında Çin-Rusiya ticarətinin həcmi illik müqayisədə 7,5 faiz azalaraq 71,12 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, məlumatı Çinin Baş Gömrük İdarəsi (GAC) açıqlayıb.

İdarənin dərc olunmuş məlumatlarına görə, dörd ay ərzində Çindən Rusiyaya mal ixracı 5,3 faiz azalaraq 30,81 milyard dollar təşkil edib. Rusiyadan Çinə ixrac göstəricisi 9,1 faiz azalaraq 40,31 milyard dollar olub.
Çin rəsmi statistikasına əsasən, yanvar-aprel aylarında Rusiyanın bu ölkə ilə ticarətinin müsbət saldosu 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 14,5 faiz azalaraq 9,5 milyard dollar təşkil edib.
Apreldə iki ölkə arasında ticarət dövriyyəsi mart ayı ilə müqayisədə 3,4 faiz azalaraq 17,81 milyard dollar olub. Bu zaman Çinin ixracı aylıq müqayisədə 3,9 faiz artımla 8,09 milyard dollara, Rusiyadan mal idxalı isə əksinə, 8,9 faiz azalmaqla 9,72 milyard dollara bərabər olub.

Qeyd edək ki, Çin bu ilin ötən dövründə Rusiyadan neft idxalını ciddi şəkildə azaldıb. Qarşılıqlı ticarətdə azalmanın mühüm hissəsi məhz bu məhsulla bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR