İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiya bazarını İTİRİR - Avtomobil salonları sürətlə BAĞLANIR

Rusiyada Çin avtomobil salonlarının bağlanması halları kəskin artıb. 2025-ci ilin ilk üç ayında 210-dan çox satış məntəqəsi fəaliyyətini dayandırıb ki, bu da əvvəlki illə müqayisədə üç dəfə çoxdur.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Qazprombank Avtolizinq”in məlumatında deyilir.

Ən çox salonu bağlayan markalar arasında "Bestune" (26), "Kaiyi" (20) və "DFM" (16) yer alır. Eyni zamanda, "Geely", "Jaecoo", "Jetour" və "LiAuto" kimi markalar ilk dəfə olaraq ən çox bağlanan 10 brend arasında yer alıb.

"Keçən iki ildən fərqli olaraq, bu ilin ilk rübündə Çin salonları aktiv şəkildə investorları itirməyə başlayıb", – “Qazprombank Avtolizinq” şirkəti bildirib.

Analitiklərin fikrincə, belə sürətlə davam edərsə, 2025-ci ilin sonunda Çin avtomobil salonlarının bağlanması üzrə rekord vurulacaq və ümumi satış nöqtələrinin sayı yenidən 4 minin altına enəcək.

Eyni zamanda, hazırda xarici avtomobillər arasında salonların sayına görə liderlik Rusiyada 206 salonu olan Çinin "Chery" brendinə məxsusdur. İkinci yerdə 199 məkanla "Geely", üçüncü yerdə 200 salon ilə "Changan" gəlir.

2024-cü ildə Çin avtomobil istehsalçılarının Rusiyada bağladığı salonların sayı 2,4 dəfə artıb. "Kommersant"ın xəbərinə görə, ötən il 449 Çin markalı avtomobil salonu bağlanıb. Dilerlər əsasən özləri müqavilələri pozublar, çünki gözlənilən gəliri əldə etməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR