Onlayn ictimai-siyasi qəzet
Çin ordusu Tayvan yaxınlığındakı hərbi mövcudluğunu bir neçə saat ərzində aktiv əməliyyatlara başlamağa imkan verəcək səviyyəyə çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb. Qəzetin məlumatına görə, desant bölmələri, döyüş təyyarələri və adadakı istənilən hədəfi vura bilən çoxsaylı buraxılış raket sistemləri artıq boğaz bölgəsinə yerləşdirilib.
Nəşr həmçinin qeyd edir ki, ÇXR hərbi hava qüvvələri və raket qüvvələri yüksək döyüş hazırlığı səviyyəsinə çatıb. Bu, Pekinə adanın blokadası və kütləvi zərbələr də daxil olmaqla istənilən vaxt hərbi əməliyyata başlamağa imkan verir.
Eyni zamanda, Tayvan ərazisində 12-yə qədər Çin hərbi dəniz qüvvələrinin gəmisi daimi növbətçilik edir. Onların mövcudluğu Taypey hakimiyyətinə təzyiqi artırır.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin nümayəndələri bəyan etmişdilər ki, Tayvanla “birləşmə” prosesi qaçılmazdır və onu dayandırmaq olmaz.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ