Onlayn ictimai-siyasi qəzet
“Təhdid və təzyiqlər Çinlə məşğul olmaq üçün düzgün yol deyil”.
Musavat.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian danışıb.
O, ABŞ prezidenti Donald Trampın “cavab tarifləri”ni məsxərə adlandırıb.
“Tariflər tipik birtərəflilik, proteksionizm və iqtisadi zorakılıqdır”, - deyə o qeyd edib.
Lin Jianın sözlərinə görə, bütün ölkələr məsləhətləşməni, birgə təcrübə mübadiləsini, eləcə də “əsl çoxtərəfliliyi” dəstəkləməlidir.
Sözçü həmçinin ölkələri birtərəfli və proteksionizmin bütün formalarına qarşı birgə mübarizə aparmağa, beynəlxalq sistemi və çoxtərəfli ticarət sistemini Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Ticarət Təşkilatının dəyərlərinə uyğun qorumağa çağırıb.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ