Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Donetsk vilayətində yerləşən Pokrovsk şəhəri ətrafında hücumlarını intensivləşdirib.
Musavat.com xəbər verir ki, bu barədə “Strategiya XXI” Qlobal Tədqiqatlar Mərkəzinin təhlükəsizlik proqramları rəhbəri Pavel Lakiçuk məlumat verib.
Onun sözlərinə görə, rus qüvvələri şəhərin ətrafında yarımhalqa formasında cəbhə xətti quraraq Ukrayna müdafiəçilərinin müdafiəsini sıxışdırmağa çalışır.
“Rusiya qüvvələri şəhəri cənubdan, Soledar istiqamətindən sıxışdırır. Həmçinin Dnepropetrovsk vilayəti tərəfdən — cənub-qərbdən şəhəri mühasirəyə almağa cəhd edirlər, bu zaman əsas nəqliyyat arteriyalarını – Pokrovsk–Mejevaya və Pokrovsk–Pavloqrad yollarını hədəf alırlar”, – deyə Lakiçuk “Espreso” telekanalına bildirib.
Ekspertin sözlərinə görə, Pokrovsk–Mejevaya magistralının bir hissəsi artıq Rusiya nəzarətinə keçib, Pokrovsk–Pavloqrad yolunun nəzarəti uğrunda isə Urojaynoye ətrafında şiddətli döyüşlər gedir.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ