İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedevin ritorikasına KREMLDƏN MÜNASİBƏT: “Əsas məsələ Prezident Putinin mövqeyidir”

Rusiya rəhbərliyinin yüksək çinli nümayəndələrinin səsləndirdiyi bəyanatlar tez-tez beynəlxalq medianın və ictimaiyyətin diqqət mərkəzində olur.

Musavat.com xəbər verir ki, bu kontekstdə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sərt və emosional çıxışları da zaman-zaman gündəm yaradır. Onun son bəyanatları ilə bağlı verilən suallara cavab olaraq, Kremlin sözçüsü Dmitri Peskov mövzuya aydınlıq gətirib.

Peskov bildirib ki, dövlət rəhbərliyində fikir müxtəlifliyi təbii sayılmalıdır və bu, yalnız Rusiyaya deyil, digər ölkələrə də xasdır:

“Dmitri Medvedevin ritorikası ilə bağlı deyə bilərəm ki, yanaşmalarda bu cür fərqlər bütün ölkələr üçün xarakterikdir. Hər bir ölkədə rəhbər şəxslər hadisələrə fərqli münasibət göstərirlər. ABŞ-da və Avropa ölkələrində də çox sərt fikirli insanlar var. Bu, həmişə belə olub”, – deyə Kremlin nümayəndəsi bildirib.

O, xüsusilə vurğulayıb ki, Rusiya Federasiyasının xarici siyasəti Prezident Vladimir Putin tərəfindən müəyyən olunur:

“Əsas məsələ, əlbəttə ki, Prezident Putinin mövqeyidir. Bilirsiniz ki, bizdə xarici siyasəti dövlət başçısı – Prezident Putin formalaşdırır. Onun fikirlərini diqqətə almaq vacibdir”, – deyə Peskov qeyd edib.

Beləliklə, Kreml Medvedevin ritorikasını şəxsi mövqe kimi qiymətləndirir və xarici siyasətdə əsas xəttin yalnız dövlət başçısı tərəfindən müəyyən edildiyini bəyan edir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR