İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda beynəlxalq investisiya dələduzluğu

Ermənistan İstintaq Komitəsi 2021-ci ilin oktyabrında yaradılmış cinayətkar təşkilatın 2021–2023-cü illər ərzində 810 milyon dramdan çox (təxminən 2 milyon 150 min dollar) vəsait mənimsədiyini açıqlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, S.X. adlı şəxsin azı 144 nəfərlə, o cümlədən bir sıra yetkinlik yaşına çatmayan şəxslə birlikdə saxta investisiya saytları və identifikasiya platformaları yaradaraq insanları aldatmaqla onların pullarını ələ keçirdiyi məlum olub.

Dələduzluq yolu ilə aldadılanların sayı 1400-dən çox olub və onlar müxtəlif ölkələrin vətəndaşlarıdır.

İttihama görə, cinayətkar qrupun idarə etdiyi sistem üzərindən vəsaitlər əvvəlcədən hazırlanmış hesablara köçürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR