Onlayn ictimai-siyasi qəzet
Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampla Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev arasında sosial şəbəkələrdə yaranmış gərginliyə münasibət bildirib.
Musavat.com xəbər verir ki, o, Rusiya Federasiyasında xarici siyasətin prezident Vladimir Putin tərəfindən formalaşdırıldığını vurğulayıb.
Peskov qeyd edib ki, dünyanın bütün ölkələrində müxtəlif rəsmi şəxslər beynəlxalq proseslərə fərqli münasibət göstərə bilər.
Onun sözlərinə görə, sərt mövqeli siyasətçilər təkcə Rusiyada deyil, həm də ABŞ və Avropada mövcuddur. Lakin Rusiyada xarici siyasət məsələlərində həlledici söz prezidentə məxsusdur:
“Əsas olan prezident Putinin mövqeyidir. Xarici siyasəti məhz dövlət başçısı müəyyən edir”.
Musavat.com
05 Avqust 2025
02:23 Netanyahunu məhkəməyə verən baş prokuror vəzifədən azad edildi – Ali Məhkəmə qərarı dayandırdı
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ