İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşotyandan XƏBƏR VAR

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın ev dustaqlığı məhkəmə qərarı ilə inzibati nəzarət tədbiriylə əvəz olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan danışıb.

Vəkilin sözlərinə görə, inzibati nəzarət kifayət qədər sərt şərtlərlə tətbiq olunub. Belə ki, Aşotyana hər gün saat 22:00-dan 08:00-a qədər yaşayış yerini tərk etmək qadağan edilib, həftədə üç dəfə Probasiya Xidmətinə gedərək qeydiyyatdan keçməlidir. Həmçinin, istintaq çərçivəsində hələ dindirilməmiş şahidlərlə ünsiyyət saxlaması qadağandır. Bundan başqa, Aşotyan barəsində qoyulmuş girov və ölkədən çıxış qadağası qüvvədə qalır.

“Atılan bu addımı tam azadlıq adlandırmaq çətindir”, - deyə Atanesyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR