İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Krımın işğal altındakı Saki aerodromuna endirilən dron hücumu nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus beş qırıcı təyyarə zərər görüb.

Musavat.com "Qordon media"ya istinadən xəbər verir ki, hücum zamanı aerodrom ərazisində yerləşən aviasiya sursat anbarı vurulub.

Rəsmi məlumata görə, bir ədəd Su-30SM tamamilə məhv edilib, daha bir Su-30SM isə ciddi zədələnib. Bundan əlavə, üç ədəd Su-24 təyyarəsinə də ziyan dəyib.

Rusiya tərəfi ciddi maddi və hərbi itkilər verib: yalnız bir Su-30SM təyyarəsinin dəyəri 35–50 milyon ABŞ dolları arasında dəyişir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR