İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çılpaq məclis”in çanağı müğənni Lolitanın başında çatlayır

Müğənni Lolita Milyavskaya bloger Anastasiya İvleyevanın təşkil etdiyi "çılpaq gecə"dən sonra konsert salonlarının direktorlarının "ictimai fəallar"da təhdid aldıqlarını söyləyib.

Musavat.com xəbər verir ki, Rusiya mətbuatında Lolitanın konsertlərinin təhlükə altında olması ilə bağlı xəbərlər yayılıb, guya ruslar kütləvi şəkildə biletləri təhvil verir və Milyavskayanın çıxışlarının Yeni il verilişlərindən çıxarılmasını tələb edirlər. Müğənni bu mesajları saxta adlandırıb.

"Biletlər yenicə satışa çıxarılıb və sadəcə, geri qaytarılacaq bir şey yoxdur. Konsert iki ay əvvəl kassada açılır”, - deyə müğənni bildirib və əlavə edib ki, bu hərəkət təqibetmədir.

“Təhdidlər konsertlərimin keçiriləcəyi təqdirdə direktorların öz işlərini itirəcəkləri ilə bağlıdır. Amma rəsmi məktub yoxdur. Bunlar elektron formada olan məktublardır. Bütün bildiyim budur. Belə məktublar ictimai fəalların imzası ilə gəlir və onlar belə də imzalayırlar: “İctimai fəal”, – müğənni bildirib.

Bir gün əvvəl müğənni Telegram kanalında yayımlanan videoda İvleyevanın təşkil etdiyi gecəni istehza ilə “çılpaq” adlandırıldığını və qonaqların “sənət sərgisinə, sənət obyektinə” getdiyini bildirib.

“Xoşuma gəlmədiyi üçün ironiya etdim. Məlum oldu ki, bu da bir çox insanın xoşuna gəlməyib və onlar mənim konsertlərimin qadağan olunmasını, çıxışlarımın bütün mövcud Yeni il proqramlarından çıxarılmasını tələb ediblər. Onlar düşünürlər ki, haqlıdırlar. Amma ümumiyyətlə, mən məsuliyyət götürməyə və paylaşmağa öyrəşmişəm”, - Milyavskaya videoda bildirib.

Qeyd edək ki, təşkil olunan gecədə bir çox sənət adamları iştirak edib, onlar yarıçılpaq olublar. Mediada bu hərəkəti LGBT-nin təbliği kimi yozulub və bəzi iştirakçılar həmin gecədə iştirak etdikləri üçün üzr istəyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR