İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda MÜHARİBƏ ilə bağlı SON DƏQİQƏ açıqlaması

“Cənubi Qafqaz regionunda müharibə ehtimalı son dərəcə yüksəkdir. Qərbin regionda məqsədi Rusiyanı sıxışdırıb İranı kənarda saxlamaqdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir yerli türkoloq Varujan Qeqamyan tərəfindən səslənib.

“Bölgədəki real vəziyyəti təsəvvür etmək üçün ABŞ Dövlət Departamentinin nümayəndəsinin bu yaxınlarda verdiyi bəyanatla tanış olmaq kifayətdir. Burada o, Cənubi Qafqaz regionunun Rusiya və İran işğalından azad olunması üçün tarixi fürsətin yarandığını söyləyir. İlk dəfədir ki, belə bir fikir bu qədər açıq şəkildə ABŞ diplomatiyasının yüksək səviyyəli nümayəndəsi tərəfindən dilə gətirilir. Bu bəyanat təkcə region ölkələri arasında deyil, həm də müxtəlif qlobal güc mərkəzləri arasında qarşıdurma olduğunu göstərir. Kollektiv Qərb ilk mərhələdə Rusiyanın hərbi mövcudluğunu aradan qaldırmağı və İranın yaranan boşluğu doldurmasına imkan verməməyi, bununla da Çinin regiona daxil olmasına şərait yaratmamağı qarşısına məqsəd qoyub”, - deyə Qeqamyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR