İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda ən uğurlu bank sektoru hansı ölkədədir? - Gözlənilməz nəticə  


2024-cü ilin nəticələri göstərir ki, Azərbaycanın bank sektorunun maliyyə göstəriciləri Cənubi Qafqazın digər iki ölkəsinin bank sektoruna uduzur və bu, son illər artıq tendensiyaya çevrilib.

Musavat.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev açıqlayıb.

Onun sözlərinə görə, ötən il Gürcüstan bankları 1,1 milyard dollar, Ermənistan bankları 914 milyon dollar xalis mənfəət əldə etdikləri halda Azərbaycanda bu göstərici 614 milyon dollar olub:

"Aktivlərin və kreditləşmənin həcminə gəlincə, Azərbaycan bu göstəricilər üzrə Ermənistanı qabaqlasa da, Gürcüstandan geri qalır. Gürcüstan banklarında aktvlərin həcmi 34 milyard dollar, Ermənistanda 27.7 milyard dollar, Azərbaycanda isə 31,2 milyard dollar olub. Kreditləşmənin həcmi isə müvafiq olaraq 21,5 milyard dollar, 15,8 milyard dollar və 16.2 milyard dollar olub. Azərbaycan yeganə olaraq depozitlərin həcminə görə hər iki ölkəni qabaqlayır".

Ekspert bildirir ki, Azərbaycan bankları hətta kapitallaşma səviyyəsinə (3,9 milyard dollar) görə Gürcüstan (5,1 milyard dollar) və Ermənistandan (4,5 milyard dollar) geri qalır: "Məlumat üçün bildirim ki, Azərbaycan iqtisadiyyatı Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyükdür. Azərbaycanda 22, Gürcüstanda 17, Ermənistanda 18 bank fəaliyyət göstərir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR