İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: “Bu gün Türkiyə öz iqtisadiyyatı ilə dünyanın hər yerindədir”

“Bu gün Türkiyə ixracat və investisiya sahəsində dünyanın hər yerindədir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, ixrac sahəsində Türkiyə hər il rekorda imza atır: “Hədəfimiz ixracatı 1 trilyona çatdırmaqdır. Bunu bacarmaq üçün imkanlarımız var”.

M.Çavuşoğlu deyib ki, əvvəllər vəziyyət belə deyildi: “Artıq dünyanın hər yerində, o cümlədən Afrikada, Asiyada, Cənubi Amerikada varıq. Bu təşəbbüslərin hər biri iqtisadiyyatımızın daha da güclənməsinə kömək edir. Odur ki, ticarət sahəsindəki maneələri dəf etməliyik”.

Nazirin sözlərinə görə, dünyada artan qloballaşmanın həm müsbət, həm də mənfi təsirlər var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR