İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: "Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir"

"Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.

Çavuşoğlu, bununla yanaşı bildirib ki, Azərbaycan "İslam Səkkizliy"inə (D8) üzv olmaq üçün müraciət edib.

"Türk Dövlətləri Təşkilatını qlobal aktora çevirməliyik. Bizə D-8-i D-20 etmək lazımdır. İndi Azərbaycan da müraciət edib. Təsisçisi və mühüm aktorları olduğumuz bütün regional təşkilatları qlobal aktora çevirəcəyik", - Türkiyəli nazir vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR