İnsanlara hürriyət, millətlərə istiqlal!

Castin Biber ağır narkotik vasitələrdən istifadə edir?

Castin Biberin produseri müğənninin ağır narkotik vasitələrdən istifadə etdiyi və həyat yoldaşı Heyli Biberlə evlilikdə problemlər yaşadığı barədə yayılan şayiələrə cavab verib.

Bunu TMZ nəşri müğənniyə yaxın mənbəyə istinadla xəbər yayıb.

"Castinin ağır narkotik qəbul etdiyi ilə bağlı təkrarlanan hekayələr tamamilə həqiqətə uyğun deyil. O, hazırda həyatının ən gözəl dövrlərindən birini yaşayır", - deyə nəşrə danışan şəxs bildirib.

Müğənninin produseri qeyd edib ki, Castin Biber həyat yoldaşı Heyliyə bir yaşlı oğlu Cek Blyuza baxmağa kömək edir və yeni musiqilər üzərində işləyir. Buna görə də son zamanlar paparatsiyaların çəkdiyi şəkillərdə o, yorğun görünüb.

Mənbə həmçinin bildirib ki, keçən il müğənni üçün "dönüş nöqtəsi" olub, çünki o, artıq ona fayda verməyən bir neçə yaxın dostluq və işgüzar münasibətlərinə son qoyub.(Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR