İnsanlara hürriyət, millətlərə istiqlal!

Canköydə tatarlara qarşı axtarış keçirilib

Ukraynanın işğal altında olan Krım vilayətində bu gün Rusiya xüsusi xidmət orqanları tatarlara qarşı axtarış tədbirləri həyata keçirib.

Musavat.com xəbər verir ki, cinayət işi üzrə 6 nəfər saxlanılıb. Xüsusi xidmət onların “Hizb-ut-Təhrir” dini təşkilatının üzvləri olduğunu iddia edir.

Canköy rayonunun sakinləri Rusiya hüquq-mühafizə orqanlarının ən azı 6 ünvanda axtarış apardığını bildiriblər. “Krım.Realii” saytının məlumatına görə, Blijneqorodskoye kəndində Əkrəm Kroş, Timofeyevka kəndində Ayder Asanov və Refat Seydametov, Dneprovka kəndində Osman Abdurazakov, Canköydə Leman Zekiryayev və Xəlil Mambetov saxlanılıb. Ə.Kroş ictimai fəal və siyasi məhbus Ənvər Kroşun qardaşıdır. Osman Abdurazakov “Krım müsəlmanları işi” üzrə “Hizb-ut-Təhrir” təşkilatına qoşulmaqda ittiham edilərək mühakimə olunan siyasi məhbus Ədəm Bəkirovun qardaşıdır. Əkrəm Kroş məişət texnikasının təmiri və quraşdırılması ilə məşğuldur. Leman Zekiryayev və Osman Abdurazakov isə inşaatçıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR