İnsanlara hürriyət, millətlərə istiqlal!

Çalabyan: “Azərbaycan Sünik və İrəvanı da istəyəcək”

“Ermənistan Konstitusiyasında dəyişikliklərə nail olan Azərbaycan Sünik və İrəvanı da tələb edəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın, “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.

“Azərbaycan nə deyəcək – sağ olun, indi biz əbədi sülh şəraitində yaşayacağıq? Yox, o deyəcək ki, Sünik və İrəvan mənim konstitusiyama görə mənimdir. Zəhmət olmasa geri verin. Sizin öz bəyannaməniz yoxdur. Süniklə İrəvanı, Şirakı və Lorini verin, biz onu kimə, Türkiyəyə, yoxsa Gürcüstana verəcəyimizi düşünəcəyik”, - deyə Çalabyan söyləyib.

O, bundan sonra Ermənistan dövlətinin dağılması prosesinin başlayacağını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR