İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Rusiya müharibəni bilərəkdən uzadır”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı müharibəni qəsdən uzatmaqda ittiham edib.

Musavat.com xəbər verir ki, Zelenski sentyabrın əvvəlindən etibarən Rusiyanın ölkəsinə qarşı minlərlə hücum həyata keçirdiyini açıqlayıb.

Onun sözlərinə görə, bu müddətdə Ukraynaya qarşı 1300-dən çox zərbə dronu, təxminən 900 zenit raketi və 500-ə yaxın raketdən istifadə olunub:

“Rusiya bu müharibəni uzadır və diplomatiyanı açıq-aşkar pozur. Buna isə vahid cavab olmalıdır – hücumlara, dağıntılara, diplomatik səylərin və sivil dialoqun görməməzliyə vurulmasına qarşı”, – deyə Zelenski bəyan edib.

Prezident vurğulayıb ki, beynəlxalq birlik Rusiyanın bu addımlarına qarşı daha sərt mövqe sərgiləməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR