Onlayn ictimai-siyasi qəzet
Rusiyadan Azərbaycanla bağlı iki MÜHÜM bəyanat: Məhbuslar, Zəngəzur və... - CANLI
"2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yolları QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişləri haqda Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl ətraflı izahat verib. Təqdim olunan məlumatlar və rəqəmlər heç bir etiraz yaratmadı. Bunlar faktlardır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Qəribə gələn tesiz odur ki, Rusiya XİN mətbuat katibi bu ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbsinin guya Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə səbəb olduğunu iddia eib və münasibətlərin yaxşılaşması üçün onların azadlığa buraxılmasını şərt kimi irəli sürüb. Mətbuat katibi elə söz deməyib.
Bu il sentyabrın 4-də Şərq İqtisadi Forumundakı brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova aşağıdakı sözlərlə bildirib: " Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb".
"Rusiya və Azərbaycan iqtisadi sahədə bir-birini yaxşı anlayır, bu sahədə hökumətlər və müəssisələr səviyyəsində konstruktiv iş aparırlar".
Bunu isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Azərbaycanla normal iqtisadi münasibətlərimiz var. Bunu təkrarlamaqdan yorulmuram. Bir müddət əvvəl Həştərxanda hökumətlərarası komissiyanın iclasını keçirdik. Orada hər iki tərəf vurğuladı ki, aramızda iqtisadi sahədə problem yoxdur. Biz bir-birimizi çox yaxşı anlayırıq və həm hökumətlərin iqtisadi blokları səviyyəsində, həm də müəssisələr, biznes səviyyəsində konstruktiv iş aparırıq. Burada hər şey normal gedir", - o bildirib.
TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla Bakı-Moskva arasındakı böhranı müzakirə edir.
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ