İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı jurnalistdən NATO rəhbərinə xəbərdarlıq: “Putini məsxərəyə qoymayın, ayı ilə zarafat olmaz”

NATO-nun baş katibi Mark Rütte Rusiya prezidenti Vladimir Putinlə bağlı sərt ifadələr işlətdikdən sonra ABŞ-dan kəskin reaksiya gəlib.

Musavat.com xəbər verir ki, amerikalı jurnalist Aleks Xristoforu Rüttenin açıqlamalarını məsuliyyətsiz adlandırıb və ona açıq mesaj göndərib: “Putini məsxərəyə qoymayın. Ayı ilə zarafat olmaz”.

Rütte son çıxışında Putini və Texası hədəfə alaraq, “O (Putin) Texasın qubernatorudur, daha çox deyil. Ona görə də onu ciddi qəbul etməyin”, – demişdi.

Xristoforu isə NATO rəhbərinin bu sözlərini kəskin tənqid edib:

“Rütte nə Texası tanıyır, nə də Rusiyanı anlayır. Ona görə də həm ‘Texasla üz-üzə gəlməyin’, həm də ‘ayı ilə zarafat etməyin’ demək lazımdır”, – deyə jurnalist bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR