İnsanlara hürriyət, millətlərə istiqlal!

Buzovnada qanunsuz tikililər söküldü - Bəs qalan daş qalıqları niyə təmizlənmir? - VİDEO

Qanunsuz tikililər söküldü, lakin ərazi daş və zibil qalıqlarından təmizlənmədi.

Musavat.com xəbər verir ki, əlacsız qalan sakinlər qollarını çırmalayıb işə başlayıblar.

Buzovna sakinləri iddia edir ki, ərazidə aparılan işlər yarımçıq qalıb.

Sakinlər həmçinin iddia edirlər ki, söküntü işləri zamanı etinasız yanaşdıqları üçün qədim qayalar zədələnib. Necə deyərlər, qaş düzətlmək əvəzinə vurub göz çıxarıblar.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılsa da sualları cavablandıran tapılmayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR