İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün ölkəni DƏHŞƏTƏ GƏTİRƏN SKANDAL - Ana qızının nişanlısı ilə...

Kayserinin Develi rayonunda əlil qızının nişanlısı ilə qaçan qadın və kürəkəninin məhkəməsi baş tutub. Onlara qarşı “hədə-qorxu” və “yaralamaq” ittihamı irəli sürülüb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Develi 2-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə şikayətçilər - 25 yaşlı D.Ş. və 52 yaşlı atası T.Ş., həmçinin tərəflərin vəkilləri iştirak edib.

Şübhəlilər - 46 yaşlı Güldane Ş. və 21 yaşlı Cuma D. saxlanıldıqları həbsxanadan onlayn şəkildə məhkəməyə qatılıblar.

Eşq yaşadıqlarını etiraf edən qayınana ilə kürəkən irəli sürülən ittihamları rədd ediblər.

Zərərçəkmiş D.Ş isə ifadəsində Cuma D. ilə ötən il nişanlandığını, daha sonra nişanlısı və anası tərəfindən zorakılığa məruz qaldığını bildirib.

Məhkəmənin hökmü ilə Güldane Ş. 3 il 7 ay 15 gün, onun kürəkəni Cuma D. isə 3 il 3 ay həbs cəzasına məhkum edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

30 May 2025

BÜTÜN XƏBƏRLƏR