İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı keçiriləcək

Bütöv Azərbaycan Ocaqlarının (BAO) növbəti yığıncağı keçirilib.

Musavat.com xəbər verir ki, yığıncaqda "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı ilə bağlı hazırlıq məsələləri müzakirə edilib.

Məlumata görə, aprelin 22-də saat 12:00-da "Astoria-Bakı" hotelinin (Bakı şəh., Babək pros. 65 "B") konfrans salonunda "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimat mərasimi keçiriləcək.

17 dekabr 2022-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Bakıda II Bütöv Azərbaycan Forumu keçirilmişdi. Forumda Bütöv Azərbaycan Ocaqları (BAO) "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin (BAKM) yaradılması təşəbbüsü ilə çıxış etmiş və forum iştirakçıları tərəfindən müsbət qarşılanmışdı.

"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin yaradılmasında məqsəd Azərbaycanın bütövlüyü, o cümlədən Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatların fəaliyyətini koordinasiya etmək, onların birgə və daha effektiv fəaliyyətini təşkil etməkdir.

"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin işində Azərbaycan Respublikasının millət vəkilləri, ziyalılar, Azərbaycanın güneyini təmsil edən təşkilat rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

2a0bd2da673a2142028376de689b394d.jpeg (39 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR