İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu təşkilat Türkiyə üçün HƏRƏKƏTƏ KEÇİR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyənin cənub və cənub-şərqindəki dağıdıcı zəlzələlər nəticəsində xəsarət alanlara mümkün köməkliyi təmin etməyə hazırdır.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Hatay əyalətinə səfəri zamanı ÜST baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Onu Türkiyənin səhiyyə naziri Fahrettin Koca müşayiət edib.

Baş direktor türk xalqı ilə həmrəy olduqlarını vurğulayıb, çoxlu sayda insan tələfatına görə başsağlığı verib.

O, dağıntıların miqyasını “inanılmaz” kimi xarakterizə edib: “Bu, ən yeni tarixdə ən qorxulu fəlakətlərdən biridir. 44 mindən çox insanın ölümü, 108 mindən çox insanın xəsarət alması çox şeydən xəbər verir”.

Qebreyesus Türkiyə səhiyyə naziri ilə fövqəladə vəziyyət zonasında çadır şəhərciklərində müvəqqəti yaşayan vətəndaşların problem və ehtiyaclarını da müzakirə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR