İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu,Tehrandakı terror hakimiyyətinin boynundakı ilgəyi sıxacaq - SON DƏQİQƏ

Dünya ölkələri, beyin mərkəzləri İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatlığını müxtəlif şəkildə ifadə edir.

Musavat.com onlardan bir neçəsini təqdim edir.

İsrailin xarici işlər naziri Eli Kohen: “İranın nüvə proqramını dayandırmaq istiqamətində atılan addımları razılaşdırmaq üçün Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə danışdım. İsrail və Fransa nüvə silahına malik İran təhlükəsi ilə qarşı-qarşıyadırlar. Yalnız Qərbin qətiyyətli və əlaqədar addımları Tehrandakı terror hakimiyyətinin boynundakı ilgəyi daha da sıxa biləcək sanksiyalara gətirib çıxaracaq. Həmçinin “İbrahim” razılaşmalarının genişləndirilməsini və ölkələr arasında əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə etdik”;

“Walla News” xəbər saytının müxbiri Barak Ravid: “Bayden administrasiyası avropalı və israilli tərəfdaşları ilə Tehranın nüvə proqramının müəyyən hissələrini dondurması müqabilində bəzi sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan İranla müvəqqəti razılaşma ideyasını müzakirə edib”;

“Center for International Policy” beyin mərkəzinin tədqiqatçısı Sina Tusi: “Müvəqqəti razılaşma ABŞ-İran münasibətlərini dalandan çıxara bilər. Amma bunun üçün hər iki tərəfdən proporsional güzəştlər edilməlidir. İran, çətin ki, cüzi iqtisadi yardım hesab etdiyi 20% və ya 60% zənginləşmə kimi böyük sövdələşmələrdən imtina etsin”;

İran əsilli britaniyalı jurnalist Vahid Beheşti: “Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi qarşısında keçirdiyim aclıq aksiyasının 40-cı günü Birləşmiş Krallıq hökumətini SEPAH-ı terror təşkilatı elan etməyə çağırıram. Baş nazir Rişi Sunak, indiyə qədər sizə iki dəfə məktub yazmışam. Mənə və mənim burada olmağıma məhəl qoymamaq heç bir işə yaramayacaq. Bu böyük məqsədə çatana qədər ağlımı və ruhumu nəyin bahasına olursa olsun ortaya qoymuşam”.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR