İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu stadionun təmirinə 1 milyard avro xərclənəcək

"Barselona" ev oyunlarını keçirdiyi "Kamp Nou"nun yaxın vaxtlardakı təmiri üçün təqribən 1 milyard avro xərcləyəcək.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Kataloniya təmsilçisinin rəsmiləri vəsait toplamaq üçün sərmayədarlarla razılaşmağa nail olublar. Layihənin əsasını stadion tutumun artırılması və əvvəllər stadionda olmayan dam örtüyünün quraşdırılması təşkil edir. Bu, həmçinin bütün tribunaların, tribunaaltı otaqların və yükdaşıyan konstruksiyaların yenidən qurulmasını və təmirini nəzərdə tutur.

"Barselona" stadionun tikintisi başa çatdıqdan sonra tanınmış musiqi platforması ilə promo-müqavilədən əldə olunan gəlirdən istifadə edərək krediti qaytarmağa başlayacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR