Onlayn ictimai-siyasi qəzet
Son 2 ayda bölgələrdə baş verən daşqınlarla bağlı Aqrar Sığorta Fonduna rekord sayda müraciət daxil olub.
Minə yaxın fermerin təsərrüfatına ziyan dəyib.
Fondun şöbə müdiri Ləman Alıyeva bildirib ki, rayonlardan göndərilən bütün müraciətlərə baxılır. Onun sözlərinə görə, ötən illə müqayisədə bu ilin ilk 6 ayı ərzində baş verən sığorta hadisələrinin sayında kəskin artım müşahidə olunur.
May-iyun aylarında baş verən daşqınlar zamanı ən çox buğda, arpa, qarğıdalı və pambıq sahələrinə ziyan dəyib.
Ləman Alıyeva qeyd edib ki, müstəqil ekspertlər sözügedən ərazilərə ezam olunublar.
"Qiymətləndirmə işlərindən sonra fermerlərə dəymiş zərərin həcmi müəyyənləşdiriləcək".
Sığorta ödənişlərinin isə avqust ayında verilməsi nəzərdə tutulub. Şöbə müdiri əlavə edib ki, yalnız əkin sahələrini sığorta etdirən şəxslər sığorta ödənişlərdən faydalana biləcəklər.
Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ