İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu qılınc ermənilərin başı üzərindən asılmalıdır ki...” - Simonyan

“Belə çıxır ki, Rusiya Ermənistanın hətta beynəlxalq platformalardakı həmkarları ilə ünsiyyətini də öz əleyhinə jest kimi qiymətləndirir. Ermənistan heç kimlə ünsiyyət qurmamalı, salamlaşmamalı, beynəlxalq görüşlərdə iştirak etməməlidir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan teleqram kanalında yazıb.

“Bunlar, bəlkə də, (ruslara görə) “düzgün müttəfiq” düşüncələri sayılır. Ermənistan həmişə öz “müttəfiqindən” ekzistensial asılı olmalıdır. Ermənistan həmişə “müttəfiq” olmasa, öldürüləcəyindən qoxmalıdır, bu qorxu, bu qılınc ermənilərin başı üzərindən asılmalıdır ki, Rusiya kimi “müttəfiq”i olsun.

Bəs yaxşı, məsələn, Ermənistanla aktiv müharibə vəziyyətində olan Azərbaycana milyardlarla dollarlıq silah satılması və Ermənistanla bağlanmış müqavilələr üzrə öhdəliklərin açıq-aşkar yerinə yetirilməməsi nə deməkdir?” - deyə Simonyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR