İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələr Makronun Rusiya üçün təhlükəsizlik zəmanəti ideyasına QARŞI ÇIXDI

Avopa Birliyinin ən az 5 ölkəsi Fransa prezidenti Emmanuel Makronun Ukraynada müharibə bitdikdən sonra Rusiyaya təhlükəsizlik zəmanəti vermək təklifinə yazılı etiraz edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Latviya, Litva, Estoniya, Polşa və Slovakiya etirazlarını çatdırıblar.

Çexiyanın Avropa İttifaqına sədrliyi demarşın təşkilinə kömək edib.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis çərşənbə axşamı yerli “LRT” kanalına verdiyi müsahibədə həmin xəbəri təsdiqləyib. “Biz əminik ki, təhlükəsizlik təminatı ilk növbədə Ukraynaya lazımdır”,-deyə o, bildirib.

Xatırladaq ki, zəmanət ideyası Emmanuel Makron bu ilin dekabrın 3-də TF1-ə verdiyi müsahibədə gündəmə gəlmişdi. “Bu mövzu sülhün amillərindən biri olacaq”,deyə o, həmin müsahibədə bəyan edib. Makron Rusiya prezidenti Vladimir Putinin NATO-nun sərhədlərinin genişləndirilməsi ilə bağlı qorxularını dəfələrlə dilə gətirdiyini xatırladıb.

Maraqlıdır ki, daha sonra Yelisey Sarayı Fransa prezidentinin sözlərinin kontekstdən çıxarıldığını bildirib.

Rusiya bu iln fevral ayında Ukraynaya işğalçı savaşa başlamazdan əvvəl Moskvaya təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı tələblərini irəli sürüb.

Kreml xüsusilə Ukrayna və Gürcüstanın NATO-ya qəbul olunmasından vaz keçilməsini və bu ölkələrdə xarici hərbçilərin yerləşdirilməməsini istəyib.

NATO ölkələri bu tələbləri qəbuledilməz adlandıraraq, silahların məhdudlaşdırılması məsələlərini müzakirə etməyə hazır olduqlarını bəyan ediblər.

Müharibənin əvvəlində Moskva Ukraynaya müdaxilənin səbəblərindən biri kimi məhz bu imtinanı göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR