İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən daha bir SKANDAL - İslam düşmənləri bunu edə biləcək...

Məlum olduğu kimi, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.

Musavat.com xəbər verir ki, İsveç İnzibati Məhkəməsi bu gün daha bir qalmaqallı qərara imza atıb.

Ötən ay İsveç polisi İslama zidd hərəkətlərin ölkənin beynəlxalq maraqlarına zərər verə biləcəyini və təhlükəsizliklə bağlı narahatlıq doğura biləcəyini əsas gətirərək “Quran yandırılması” aksiyasını qadağan etmək qərarına gəlib.

İsveç İnzibati Məhkəməsi isə bu gün polisin Qurani-Kərimin yandırılmasını qadağan edən qərarını ləğv edib.

Məhkəmə bildirib ki, “təhlükəsizlik riski ilə bağlı narahatlıqlar” nümayiş hüququnu məhdudlaşdırmaq üçün kifayət deyil.

Hakim Eva-Lotta Hedin Stokholmdakı Türkiyə və İraq səfirlikləri qarşısında planlaşdırılan etiraz aksiyalarına toxunaraq, "polisin qərarına kifayət qədər dəstək olmadı" deyib.

Digər tərəfdən, İsveç Daxili Təhlükəsizlik Agentliyi (Säpo) bu səhər "terror aktı" planlaşdırmaqda şübhəli bilinən 5 nəfərin həbs edildiyini açıqlayıb.

Həbs edilən şəxslərin yanvar ayında İsveç səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ilə əlaqəli olduqları bildirilib.

Qeyd edək ki, NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveç terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəklərinə, o cümlədən PYD/YPG və FETÖ-yə dəstək verməyəcəklərinə söz verib. Lakin İsveç Ankaraya verdiyi sözü hələ ki tutmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR