İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə QANLI DÖYÜŞLƏR davam edir - Ölənlərin sayı artdı

ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Haines Sudanda Çevik Reaksiya Qüvvələri ilə ordu arasında davam edən qarşıdurmanın "çox güman ki, uzana biləcəyini" deyib.

Musavat.com xəbər verir ki, Haines ABŞ Senatındakı çıxışında hər iki tərəfin hərbi yolla qalib gələ biləcəklərinə inandığını bildirib.

"Tərəfləri danışıqlar masasına oturmağa təşviq edəcək çox az şey var" - o söyləyib.

Haynes Çevik Reaksiya Qüvvələrinin lideri Muhammed Hamdan Dagalu və Sudan ordusu komandiri Abdülfettah El Burhanın qələbə üçün xaricdən dəstək istədiklərini, bunun münaqişəni gücləndirə və böhranın bölgədə yayılmasına səbəb ola biləcəyini qeyd edib.

ABŞ prezidenti Co Bayden isə Afrika ölkəsi Sudanda baş verən zorakılığı “demokratik bir hökumət üçün xalqa xəyanət” olaraq xarakterizə edib. O, məsul şəxslərə qarşı sanksiyaların tətbiqi ilə bağlı səlahiyyətlərini genişləndirən qərar imzaladığını bildirib. Sanksiyaların kimlərə şamil ediləcəyi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Sudanda münaqişənin 21-ci günüdür. Tərəflər bu müddət ərzində bir-birinin ardınca elan etdikləri atəşkəs qərarlarının heç birinə əməl etməyiblər. İndiyədək ölkədə 700 nəfər ölüb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR