Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Ankoric şəhərində Donald Trampın Vladimir Putinlə planlaşdırılan görüşü ərəfəsində Ukraynanı dəstəkləyən etiraz aksiyası keçirilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, mitinqdə, əsasən, Alyaskada yaşayan yerli sakinlər iştirak edərək Trampın siyasətinə qarşı narazılıqlarını ifadə ediblər.
Etirazçılar arasında ABŞ prezidentini Rusiyanın “narıncı kuklası” adlandıranlar da olub.
Aksiya “Proqressiv Qruplar Koalisiyası” adlı təşkilat tərəfindən təşkil edilib.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ