İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə 50 kq-a qədər çəkisi olanlara evdən çıxmaq qadağan edildi

Çində xüsusilə Pekin daxil olmaqla şimal bölgələrində güclü küləklərin gətirəcəyi təhlükə ilə bağlı ciddi xəbərdarlıqlar verilir.

Musavat.com xəbər verir ki, BBC-nin məlumatına görə, güclü küləyin sürəti saatda 150 km-ə çatacaq. Bu səbəbdən açıq hava tədbirləri və məktəb dərsləri ləğv edilib, şirkətlər isə işçilərini evdə qalmağa çağırıblar. Çəkisi 50 kq və ya daha az olan insanlara küçəyə çıxmamaq tövsiyə edilib, çünki bu qədər yüngül insanlar küləyin təsiri ilə xəsarət görə bilər.

Pekində son on ildə ilk dəfə olaraq narıncı təhlükə səviyyəsi elan edilib.

Bu, ölkənin dörd səviyyəli hava xəbərdarlığı sistemində ikinci ən yüksək səviyyədir. Sinoptiklərin proqnozlarına görə, bu fırtına şənbə günü ən yüksək həddinə çatacaq və ən güclü külək dalğaları artıq bu gündən başlayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR