İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Avropanı parçalamaq istəyir - ŞOK XƏBƏRDARLIQ

Çinin xarici işlər naziri Çin Qanqın dörd günlük Avropa səfərinə başladığı gün Almaniyanın aparıcı siyasətçilərindən biri Norbert Röttgen “Çin bizi parçalamaq istəyir” xəbərdarlığını edib.

Almaniyanı 16 il idarə edən Angela Merkelin mühafizəkar partiyası Pekinlə münasibətdən uzaqdır. Ana müxalifət partiyası Fransa prezidenti Emmanuel Makronun “Çinin Ukraynada vasitəçi olmasına icazə verin” təklifini xoş qarşılamır.

Musavat.com xəbər verir ki, partiyanın xarici siyasət üzrə eksperti Röttgen Çinin sülhdən çox öz maraqlarını güddüyünü bildirib:

“Belə bir düşüncənin (Makronun təklifinin) təhlükəli nəticələri ola bilər. Mən bəzi avropalı siyasətçilərin Çinə “sülh elçisi” missiyası vermək təklifini həqiqətən anlamıram. Hansı perspektivdən Çinin bizim təhlükəsizlik siyasətimizin bir hissəsi olmasını istəyirlər? Belə bir şey Avropa üçün həm yanlış, həm də təhlükəli olardı”.

Alman siyasətçi Çini Avropanı bölmək və ABŞ-dan uzaqlaşdırmaq istəməkdə ittiham edib. Röttgen Çinin indiyə qədər Rusiya işğalını tənqid etmədiyini xatırladıb: 

“Çin Rusiyadan ucuz neft və təbii qaz aldığı üçün müharibədən qazanır”.

Röttgen Almaniyanın xarici işlər naziri Annalena Baerbokun üç həftə əvvəl Çinə səfəri zamanı Pekinə açıq şəkildə Rusiyaya dəstək verməməsi ilə bağlı xəbərdarlıq etməsini də doğru gördüyünü bildirib.

Lakin Baerbok da Makron kimi Çini vasitəçiliyə dəvət edərək deyib: “Heç bir ölkənin Rusiya üzərində bu qədər təsiri yoxdur”.

Digər tərəfdən, Makron ötən ay Çinə etdiyi səfərdən sonra Avropanın Tayvanla bağlı ABŞ-dan asılı olmayan siyasət yürütməli olduğunu deyib, əks halda, Vaşinqtonun nəzarətində olacaqlarını bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə bu açıqlamanı “təəssüf hissi ilə” qarşılayıb və ABŞ-ı risk kimi görmədiklərini qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR