İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, o demək deyil ki, biz dərhal Rusiyadan imtina edib ... " - Erməni ekspert

“Ermənistan-Azərbaycan nizamlanmasına dair Qərbin təkliflərinin olmaması İrəvanın diplomatiyasının uğursuzluğunun əlaməti sayıla bilər. Ancaq bəzi məlumatlara görə, Ermənistana aydın təkliflər təqdim olunub və indi danışıqlarda etnik azlıqların hüquqları müzakirə olunur, yəni Dağlıq Qarabağın Azərbaycana verilməsindən söhbət gedir”.

Musavat.com-un məlumatına görə, belə bir iddia ilə siyasi elmlər doktoru Artur Xaçikyan çıxış edib.

Nikol Paşinyanın Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı Qərbdən heç bir təklif daxil olmadığına parlamenti əmin etməsini xatırladan Xaçikyanın fikrincə, baş nazir Paşinyanın belə bir ifadəsi məntiqsizdir, çünki məlum olur ki, Ermənistan danışıqlar üçün heç bir təklifi olmayan platforma seçib.

Əslində, politoloqun fikrincə, ABŞ Ermənistan-Azərbaycan danışıqları üçün platforma yaradaraq, öz təkliflərini, məqsədlərini ortaya qoyur.

"Birləşmiş Ştatlar bəzi təkliflər verəcək, Ermənistana müəyyən təzyiqlər göstərəcək. Bu barədə "Wall Street Journal" qəzeti yazıb.

"Aydındır ki, onlar ermənilərə təzyiq göstərəcək, Dağlıq Qarabağı tərk etmələrinə razılıq verəcəklər. Azərbaycan, ondan sonra növbə ilə rus sülhməramlılarının çıxarılmasına və Rusiya hərbi bazasının bağlanmasına nail olacaq”, - deyə erməni ekspert bildirib.

Politoloq erməni tərəfinin Vaşinqton platformasını seçməsinin iki səbəbini görür: “Birincisi, KTMT Azərbaycanın Ermənistanın suveren ərazisini zəbt etməsini pisləməkdən imtina etdi, ikincisi, Moskva Laçın dəhlizinin qarşısını aça bilmədi. Bu iki hal mənfi təsir etdi və erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi yayılmağa başladı”-Xaçikyan cəfəngiyyatını davam etdirib.

Onun sözlərinə görə, müəyyən mənada ümidsizliyə səbəb var: “Amma bu, o demək deyil ki, biz dərhal Rusiya Federasiyasından imtina edib, bizə heç nə təklif olunmayan yerə getməliyik, xüsusən də Rusiya müharibəni dayandırdığından və artıq xatırlanmayan 9 noyabr bəyanatından sonra. Həmçinin sənəd Moskvanın himayəsi ilə imzalanıb. Əgər Qərb heç nə təklif etmirsə, təminat vermirsə, Dağlıq Qarabağda qüvvələr yerləşdirməyə hazır deyilsə, belə bir sülh müqaviləsini imzalayıb Türkiyə və Azərbaycanın girovuna necə çevrilmək olar?”-Xaçikyan sərsəmcəsinə sual edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR