Onlayn ictimai-siyasi qəzet
Kanadada təqaüdçü bir qadın xüsusi məhsul və yeni pəhriz sayəsində 31 kiloqram arıqlayaraq sağlamlıq problemlərindən xilas olub.
Bu barədə "Kansas City Star" məlumat yayıb.
Britaniya Kolumbiyası əyalətindən olan 69 yaşlı Ardi Luş həmişə aktiv olub, lakin illər ərzində artrit və plantar fasiit (dabandan ayaq barmaqlarına qədər uzanan toxuma zolağının iltihabı - red.) onun hərəkətini çətinləşdirib. Bu, həm çəkisinin, həm də ağrılarının artmasına gətirib çıxarıb. Bundan əlavə, yaşlı qadında mədə ağrısı, yüksək təzyiq və daimi yorğunluq yaranıb. Luş çoxsaylı pəhrizləri sınasa da, itirilmiş çəki zamanla geri qayıdıb.
"Düşündüm ki, nəyisə dəyişmək üçün çox gecdir", - o, açıqlamasında qeyd edib.
Ancaq keto pəhriz sayəsində arıqlayan bir aktrisanın müsahibəsini izləməsi onun həyatını dəyişib. Luş az karbohidratlı yeməklər hazırlamağa başladıqdan sonra arıqladığını, həzm problemlərinin aradan qalxdığını və dizlərinin daha az ağrımağa başladığını görüb. Qadın əvvəllər hazırladığı sendviçlər üçün darıxdığını, lakin mağazadan alınan çörəklərin artıq ona uyğun olmadığını etiraf edib. Sonra internetdə o, pendirlərin istehsalında əlavə məhsul kimi əldə edilən zərdab zülalından hazırlanmış çörək reseptini tapıb.
"Resept çörəyin hər dilimində 12 qram protein olduğunu göstərirdi. Bilirdim ki, bu yaşda daha çox proteinə ehtiyacım var", - Luş bildirib.
O, çörəyi reseptə uyğun hazırlayıb və görüb ki, mağazada alınandan qat-qat dadlıdır. Yüksək proteinli bişmiş məhsulların müntəzəm istehlakı sayəsində qadın daha az aclıq hiss etməyə və effektiv şəkildə arıqlamağa nail olub. Ən maraqlısı odur ki, o, səkkiz ayda 31 kiloqram arıqlamağı bacarıb. Luşun sözlərinə görə, o, indi həyatdan daha çox həzz alır və səhhətindəki problemlərdən qurtulub. (Publika.az)
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ