İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Rusiyada buğda istehsalı kəskin azalacaq

Bu il Rusiyada buğda istehsalında ciddi azalma olacaq.

Musavat.com xəbər verir ki, bu proqnozla Rusiya Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutu (ICAR) çıxış edib. Təşkilat bir ayda üçüncü dəfə buğda istehsalına dair proqnozunu aşağı salıb.

ICAR-ın baş direktoru Dmitri Rılkonun İnterfaks-a verdiyi məlumata görə, yeni proqnoz əvvəlkindən 2,5 milyon ton azdır - 86 milyon tona qarşı 83,5 milyon ton.

Buğdanın ixrac potensialı üzrə proqnoz isə 47 milyon tondan 45 milyon tona endirilib. ICAR indi ümumi taxıl yığımını 135 milyon tona qarşı 132 milyon ton, ixrac potensialını isə 59,5 milyon tona qarşı 57 milyon ton səviyyəsində qiymətləndirir.

Rılkonun sözlərinə görə, proqnozlar Rusiyada bütün may ayı boyu müşahidı olunan əlverişsiz hava şəraiti ilə əlaqədar azaldılır: “Əgər ölkənin Avropa hissəsində əkinlər şaxtadan zədələnibsə, Sibirdə əsas problem odur ki, pis hava şəraiti ilə əlaqədar sahəyə girmək çətinləşib, nəticədə sahələrin çox hissəsində optimal əkin vaxtından geri qalıblar. Bu isə məhsula mənfi təsir edəcək”.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi də bu il üçün taxıl yığımı proqnozuna düzəlişləri istisna etmir - indiyədək proqnoz 132 milyon ton təşkil edir.

Nazirlikdən verilən məlumata görə, bir sıra mərkəzi rayonlarda şaxta ilə əlaqədar 900 min hektar sahədə əkinlərin təkrar aparılması zəruridir.

2023-cü ildə Rusiya Federasiyası 2022-ci ildəki 157,6 milyon tona qarşı 144,9 milyon ton taxıl toplayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR