Onlayn ictimai-siyasi qəzet
Mayın 29-30-da Masallı rayonu ərazisində qazın verilişində fasilələr olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Masallı rayonu Qəzvinoba kəndində küçə qaz xəttinin təmir edilməsi məqsədilə “Tüklə” qazpaylayıcı stansiyasından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndləri və Türkoba kəndinin bir hissəsi də daxil olmaqla ümumilikdə 2 700 abonentin qaz təchizatının mayın 29-da saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.
Həmçinin, rayonun Qəriblər kəndində yeni inşa edilmiş qaz kəmərinin mənbəyə qoşulması ilə əlaqədar Qəriblər, İsilər və Məmmədrzaküçə kəndləri üzrə 700 abonentin qaz təchizatının mayın 30-da saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması nəzərdə tutulur.
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ