Onlayn ictimai-siyasi qəzet
Məşhur teleaparıcı Şəbnəm Naibli həyat yoldaşı ilə birlikdə "Maqazin plus" verilişinin kameralarına tuş gəlib.
Musavat.com xebersiz.az-a istinadən xəbər verir ki, həyat yoldaşı ilə birlikdə kameralar qarşısına keçən teleaparıcı xoşbəxt olduğunu bildirib:
"Biz həyat yoldaşımla çox məclislərə getmirik. O, müsahibə verməyi sevmir. Biz bir-birimizi sevirik, çox xoşbəxtik".
"Mən insanların aqressiyalarını başa düşə bilmirəm. Bəlkə də, biz göz önündə olan insanlarıq deyə, belə danışırlar. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar".
Qeyd edək ki, Şəbnəm Naibli bir müddət öncə ikinci dəfə ailə həyatı qurub. O, özündən 18 yaş böyük Türkiyə vətəndaşı ilə evlənib.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ