Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında baş verən hərbi qarşıdurmaya sərt münasibət bildirib.
O, jurnalistlərə açıqlamasında iki ölkə arasındakı gərginliyin uzun illərin nəticəsi olduğunu vurğulayıb.
“Bu biabırçılıqdır. Biz Oval kabinetə daxil olanda bu barədə məlumat aldıq. Hesab edirəm ki, insanlar bu baş verənləri gözləyirdilər. Onlar çoxdan – onilliklərdir, hətta yaxşı düşünsək, əsrlərlə müharibə aparırlar. Mən sadəcə ümid edirəm ki, bu tezliklə başa çatacaq”, – deyə Tramp bildirib.
Trampın bu açıqlaması Hindistanla Pakistan arasında baş verən son silahlı insidentlər, o cümlədən Hindistanın “Rafale” tipli təyyarəsinin vurulması iddiaları fonunda səslənib.
Qeyd edək ki, iki nüvə silahına sahib qonşu ölkə arasında Cammu və Kəşmir bölgəsi ilə bağlı mübahisələr və hərbi qarşıdurmalar davamlı olaraq baş verir. Son insidentlər isə regionda yeni bir eskalasiya dalğasının başlaya biləcəyindən xəbər verir.
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ