İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Pakistan Hindistana kütləvi cavab zərbələri endirir

Cənubi Asiyada gərginlik kritik həddə çatıb.

Musavat.com xəbər verir ki, Hindistanın “Sındur” əməliyyatına cavab olaraq, Pakistan bu dəqiqələrdə Hindistana qarşı genişmiqyaslı hücumlara başlayıb. 

Bu, tərəflər arasında son illərin ən ciddi hərbi eskalasiyasıdır və nüvə silahına sahib iki ölkə arasında qarşıdurmanın yeni, daha təhlükəli mərhələyə keçdiyini göstərir. 

Qeyd edək ki, Pakistanın müdafiə naziri Xavadja Asif açıqlama verərək deyib: "Hindistan qorxaqlar kimi hücum etdi – cavabımız daha sərt olacaq"

Pakistanın müdafiə naziri Xavadja Asif Hindistanın “Sındur” əməliyyatı çərçivəsində endirdiyi raket zərbələrinə sərt cavab verib. Onun sözlərinə görə, Hindistan hücumu gecə saatlarında — “kölgədə” həyata keçirib.

“Qorxaqlar kölgədən zərbə endirməyə çalışdılar. Hindistan qaranlıqda hücum etdi, lakin bizim cavabımız daha güclü və daha gurultulu olacaq”, nazir qeyd edib.

Nazir Hindistanı açıq döyüşə səsləyib: “Əgər cəsarətiniz çatırsa, döyüş meydanına çıxın və bu məsələni kişi kimi həll edək”.

Asif həmçinin Hindistanı dinc sakinləri hədəf almaqda ittiham edib: “Onlar evlərindən belə çıxmağa cəsarət etmədilər. Hindistan qəsdən mülki əhalini hədəf alıb.”

Hazırda iki ölkə arasında qarşıdurma sürətlə dərinləşir. Beynəlxalq ictimaiyyət vəziyyəti yaxından izləyir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR